Milli Məclisin ƏN GƏNC və ƏN YAŞLI deputatları

Milli Məclisin ƏN GƏNC və ƏN YAŞLI deputatları

Azərbaycan parlamentinin ən gənc və ən yaşlı deputatlarının kimliyi müəyyənləşib.

Lent.az-ın MSK-nın saytına istinadən məlumatına görə, Milli Məclisin növbəti çağırış deputatları arasında ən gəncinin 29 yaşı var. Bu, 81 saylı Beyləqan Seçki Dairəsindən deputat seçilən Şahin İsmayılovdur. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri olan Ş.İsmayılov 1986 təvəllüddür. O, hakim Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd olmuşdu.


Milli Məclisin ən yaşlı deputatı ünvanının sahibi isə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən parlamentə seçilən xalq artisti Zeynəb Xanlarovadır. Z.Xanlarova 1936-cı ilin dekabrında anadan olub. O, bitərəf deputat kimi parlamentdə təmsil olunacaq.

// Aktual.az

Xəbər 5342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR