Milli Məclisin deputatı koronavirusa yoluxub

Milli Məclisin deputatı koronavirusa yoluxub

Milli Məclisin deputatı Sahib Alıyev COVID-19 virusuna yoluxub.

Bu barədə "Report"a açıqlamasında 55 yaşlı deputat özü bildirib.

"Koronavirus testinin nəticəsini aldım, təəssüf ki, nəticə pozitivdir", - o əlavə edib.

*** 
"İndi bir az özümü yaxşı hiss etmirəm".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
O bildirib ki, bir neçə gün əvvəl koronavirus testi verib:
"Hələ ki, testin nəticəsi açıqlanmayıb. Ona görə də koronavirusa yoluxub-yoluxmamağımla bağlı heç nə deyə bilmərəm. Əgər testin nəticəsi pozitiv olsa, bununla bağlı özüm məlumat verəcəyəm".
Qeyd edək ki, sosial şəbəkələrdə S.Alıyevin koronavirusa yoluxması barədə məlumat yayılıb.
Xəbər 1095 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR