Milli Məclisdə dollar kreditləri ilə bağlı təklif

Milli Məclisdə dollar kreditləri ilə bağlı təklif

“Mərkəzi Bankla müəyyən məsləhətləşmələr aparmışıq. Təklif edirik ki, 10 min dollaradək olan kreditlər köhnə məzənnə ilə, yəni 1,05 manatla qaytarılsın”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu parlamentin son iclasında millət vəkili Vahid Əhmədov deyib.

Deputat Mərkəzi Banka kömək edilməsi üçün hökumətdən xahiş edib:

“İkinci təklifim odur ki, əmanətlərin sığortalanmasının əhatəsi genişlənsin və əmanətlərin banklarda saxlanılmasında banklara yardım üçün qorunan əmanət məbləği 30 min manatdan 500 min manatadək artırılsın. Həmçinin korporativ idarəetmə yüksək olan banklarda bu limit aradan qaldırılsın. Digər təklifimiz isə budur ki, banklar öz aralarında danışaraq iri maliyyə bankları yaratsın. Bununla faizlərin aşağı düşməsi mümkün ola bilər”.

Xəbər 699 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR