Millət vəkili insanların səhiyyə sahəsində üzləşdiyi problemlərdən danışıb

Millət vəkili insanların səhiyyə sahəsində üzləşdiyi problemlərdən danışıb

Millət vəkili Q.Paşayeva MM-də göz əməliyyatı gözləyən yüzlərlə insanın üzləşdiyi problemlərdən danışıb və hökumətə çağırış edib.

MM-də 2017-ci ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Q.Paşayeva səhiyyə sahəsində insanlarımızın üzləşdiyi bir sıra problemlərdən də danışıb, təkliflərlə çıxış edib. Millət vəkili Qənirə Paşayeva ilk öncə ölkəmizdə gözdə buynuz qişanın köçürülməsi, keratoplastika əməliyyatı ilə bağlı yaranmış problemlərdən danışıb  və məsələnin qısa zamanda həllini tapmasının vacibliyini xüsusi vurğulayıb: "Bu gün bu əməliyyat üçün yüzlərlə insanlarımız xarici ölkələrə üz tutur. Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzində  əməliyyatı həyata keçirmək üçün bütün imkanlar da var, yaxşı mütəxəssislər də. Amma buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. Nə qədər insanlar var ki onların xarici ölkələrə əməliyyata getmək imkanı yoxdur, bəs onlar nə etsin? Gedənlər üçün də çox çətindir o vəsaiti tapmaq. Eyni zamanda nə üçün ölkəmizdə bu əməliyyat üçün imkanlar və mütəxəsislər varsa insanlarımız xaricə üz tutmalıdır? Nə üçün bu qədər pul xaricə getməlidir? Həm qanununvericilikdə bəzi qanunlara əlavə və dəyişiklik etməklə, həm də icra orqanları səviyyəsində bu məsələnin qısa zamanda həllini tapması çox vacib məsələdir.  Bu gün yüzlərlə insan ölkəmizdə bu əməliyyatın aparılmasını gözləyir və biz onlara dəstək üçün qısa zamanda məsələnin həllinə çalışmalıyıq.”
 
Aktual.az
Xəbər 622 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR