Metro istifadəçilərinə şad xəbər - Fotolar

Metro istifadəçilərinə şad xəbər   - Fotolar

Sentyabrın 15-dən “Elmlər Akademiyası” metrostansiyasının əsas vestibülü yenidən sərnişinlərin ixtiyarına verilib.

Bu barədə  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. 

“Eskalatorların yeniləndiyi müddətdə stansiyanın əsas giriş-çıxışı bağlandığı üçün vestibüldə, stansiya üzərində yerləşən binada və yaxınlıqdakı ərazidə də müvafiq təmir-tikinti, yeniləşmə və bərpa işləri aparılıb. Stansiyanın giriş və çıxış qapıları daha müasir və rahat analoqları ilə əvəzlənib, qapıüstü şəbəkə cərgəsi dəyişdirilib. Qapılar paslanmayan metaldan hazırlanıb, şüşələri isə temperli laminatdan üzlənib və zərbəyə davamlıdır. Vestibülün, eskalator zalının mərmər örtüyü istismar müddətini başa vurduğu, qranit döşəmənin bir çox elementləri keyfiyyətini itirdiyi üçün tamam yenilənib”, - deyə N. Paşayev bildirib.

Qurum rəsmisi stansiyada yeniliklərdən danışarkən quraşdırılmış sarı zolağın görmə qabiliyyəti məhdud olan sərnişinlərin səmti müəyyənləşdirməsi üçün nəzərdə tutulduğunu vurğulayıb.

Xəbər 664 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR