Məşhur futbolçuya həbs cəzası verildi

Məşhur futbolçuya həbs cəzası verildi
  • İDMAN

"Barselona"nın təcrübəli futbolçusu Xavier Maskeranoya bir illik həbs cəzası verilib.

Aktual.az-ın anspress-ə istinadən məlumatına görə, buna səbəb argentinalı futbolçunun vergidən yayınmasıdır.

Amma futbolçu 815 min avro ödəyərək, bu cəzadan qurtula bilib. Məsələ burasındadı ki, İspaniya qanunlarına görə, şiddət tətbiq olunmayan və müddəti 2 ildən az olan həbs cəzalarını pul cəriməsi ilə əvəzləmək olur. Maskerano da qanunun bu mərhəmətindən yararlanıb.

Qeyd edək ki, Maskerano vergidən yayınmaq üçün 2011-2012-ci illərdə sponsorluq anlaşmasından qazandığı pulları Portuqaliyada bir şirkətin qazancı kimi göstərmişdi. Həmin məbləğin 1,7 milyon avro olduğu bildirilir.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR