Mərkəzi Bankın valyuta ehtiyatları 600 mln. dollardan çox azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları 600 mln. dollardan çox azalıb

2016-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları dekabr ayı ilə müqayisədə 618,2 milyon dollar (12,3 faiz) - 4 398,5 milyon dollaradək azalıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzi Bankın statistik məlumatlarında deyilir.

Ötən ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 9 359,8 milyon dollar (68 faiz) azalıb.

AMB-nin valyuta ehtiyatlarının azalması 2014-cü ilin iyul ayından müşahidə olunur. Bu, əvvəllər yavaş templə (təqribən 20-50 milyon dollar) gedirdisə, 2014-cü iklin dekabrdan etibarən kəskin azalma baş verib. Bu da ölkədə dollar kütləsinə tələbatın artması ilə əlaqədardır.

Artıq 2015-ci ilin may-iyun aylarında valyuta ehtiyatlarının artımı bərpa edilib. Belə ki, aprel ayı ilə müqayisədə may ayında AMB-nin ehtiyatları 42,9 milyon dollar (0,51 faiz) artaraq 8,43 milyard dollara çatıb, iyun ayında isə 89,4 milyon dollar (1,06 faiz) artıb.

Lakin cüzi artımdan sonra AMB-nin valyuta ehtiyatları azalıb. İyulda ehtiyatlar 18,7 milyon dollar, avqustda 1,19 milyard dollar, sentyabrda 300,7 milyon dollar, oktyabrda 180,1 milyon dollar, noyabrda isə 589 milyon dollar azalıb.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR