Mərkəzi Bankdan manatın növbəti devalvasiyası ilə bağlı - Açıqlama

Mərkəzi Bankdan  manatın növbəti devalvasiyası ilə bağlı   - Açıqlama

Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı 26-27 dekabr 2015-ci il tarixlərində - ötən şənbə və bazar günündə ictimaiyyət arasında yayılmış şayiələrin əsası yoxdur.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan verilən açıqlamada bildirilir.

Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən bəyan olunmuş üzən məzənnə rejiminə uyğun olaraq manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşdırılır.

Mərkəzi Bankın valyuta bazarında iştirakı üzən məzənnə rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.

Xəbər 651 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR