Məmur övladı çempion oldu

Məmur övladı çempion oldu
  • İDMAN

Azərbaycanda polis zabiti respublika çempionu olub.

İdmana dəstək sahəsində çoxillik müsbət ənənəyə malik olan polis orqanlarının əməkdaşları ölkəmizdə idman mədəniyyətinin inkişafına öz layiqli töhfələrini verməklə bu istiqamətdə də fəal iştirak edirlər.

Polis zabiti Mircavad Kazımzadə 25-27 sentyabr tarixlərində Bakıda “Powerlifting” idmanının “Bench-press” növü üzrə böyüklər arasında keçirilən respublika çempionatında 180 kq ağırlığın öhdəsindən gələrək qızıl medala layiq görülüb. Bu mötəbər yarışda M.Kazımzadə 90 kq çəki dərəcəsində çıxış edib.

Xatırladaq ki, Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən M.Kazımzadə 2009-cu ildə Finlandiyada keçirilən “Powerlifting” idman növü üzrə Avropa çempionu olub.

M.Kazımzadənin atası Mircavan Kazımov uzun illərdir Azərbaycan prokurorluğu orqanlarında çalışır.

Aktual.az

Xəbər 714 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR