Məktəb direktorlarının işə qəbul qaydaları təsdiqləndi

Məktəb direktorlarının işə qəbul qaydaları təsdiqləndi

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə nazir Mikayıl Cabbarov əmr imzalayıb.

Aktual.az  xəbər verir ki, əmrdə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulduğu bildirilir.
Əmrdə vurğulanır ki, direktor vəzifəsi vakant olan təhsil müəssisələrinin siyahısını hazırlanıb, bir həftə müddətinə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim edilməlidir.
Müsabiqənin keçirilməsi üçün test tapşırıqlarının və müsahibə materiallarının hazırlanması və onların məxfiliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməlidir. Direktor vəzifəsinə qəbul olmaq üçün müsabiqənin 2017-ci ilin mart-avqust aylarında qaydalara uyğun təşkili və keçirilməsini təmin edilməli olduğu bildirilib.
 
Aktual.az
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR