McDonald`s hamburgerindən siçovul başı çıxdı - ŞOK FOTO

McDonald`s hamburgerindən siçovul başı çıxdı   - ŞOK FOTO

Meksikanın Mexiko ştatının baş prokurorluğunun qərarı ilə ölkə paytaxtının həndəvərindəki Tlalnepantl qəsəbəsində yerləşən McDonald`s restoranı bağlanıb. Səbəb bu restoranda müştərilərə verilən hamburgerlərdən birinin içindən qızardılmış siçovul başının çıxmasıdır.

Milli.Az La Jornada-ya istinadən bildirir ki, aldığı hamburgerdə siçovul başını görən qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya düşüb.
El Universal-ın məlumatına görə, o, polisə müraciət edərək günahkarların cəzalandırılmasını tələb edib.
Ət parçalarının arasında siçovul başının olduğu hamburgerin fotoları sosial şəbəkələrdə yayılıb.

 MCDonald`s bütün ittihamları rədd edərək bildirib: "Bizim fastfudlar restoranları şəbəkəsinin başlıca siyasəti müştərilərə keyfiyyətli və təhlükəsiz qidanın təqdim olunmasıdır".

// Aktual.az

Xəbər 17831 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR