Mahir Emreli Polşadan ayrıldı

Mahir Emreli Polşadan ayrıldı

"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.

Aktual.az xəbər verir ki, o, axşam saatlarında Bakıya çatıb.

Məlumatı 24 yaşlı hücumçu öz "İnstagram" hesabı üzərindən yayıb. Hava limanından fotosunu paylaşan Mahir postda "family coming first" (ailə birinci gəlir) yazıb.

Qeyd edək ki, "Legiya" azarkeşləri Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşava təmsilçisindən ayrılacağı gözlənilir.
Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR