"Lotu Quli"nin dəstəsinin üzvləri saxlanıldı   — VİDEO


Kriminal aləmdə "Lotu Quli" ləqəb ilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib.

"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq iniyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq, sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə sahibkarları zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan "Lotu Quli" ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaaşdıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb", məlumatda bildirilib.
Xəbər 132 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR