Lavrov Türkiyə ilə MÜHARİBƏdən danışdı

Lavrov Türkiyə ilə MÜHARİBƏdən danışdı
  • DÜNYA

Türkiyənin rəhbərliyinə suallarımız var və onlar az deyil. Lakin Türkiyə xalqına münasibətimiz dəyişməyib. Üstəlik, Türkiyə ilə müharibə etmək fikrimiz yoxdur.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, Rusiyanın XİN başçısı bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, Rusiyanın hakimiyyət dairələri hazırda Türkiyəyə rəsmi səfərlər planlaşdırmır və Türkiyədən də kimisə qəbul etməyə hazırlaşmır.

"Hərbi-Hava Qüvvələrimizə məxsus Su-24 təyyarəsinin vurulmasından sonra, habelə əvvəl təcili əlaqə xəttinin işə salınmaması bizdə suallar doğurur. Su-24 ilə bağlı insident əvvəlcədən hazırlanmış təxribata bənzəyir. Təyyarəmizin vurulmasının spontan qərar olduğuna ciddi şübhələrimiz var",  - S.Lavrov söyləyib.

Onun sözlərinə görə, terrorçular Suriya və başqa dövlətlərin ərazisində terror aktlarının hazırlanması üçün Türkiyə ərazisindən istifadə edirlər.

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR