Lavrov Şimali Koreyaya getdi

Lavrov Şimali Koreyaya getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu dəqiqələrdə XİN rəhbərinin olduğu təyyarə Pxenyan aeroportuna enib.
Bu, Sergey Lavrovun Pxenyana sayca üçüncü səfəridir. Bundan əvvəl S.Lavrov 2004 və 2009-cu illərdə KXDR-ə səfər edib.Rusiya XİN-in məlumatına əsasən, səfər çərçivəsində S.Lavrov KXDR-li həmkarı Li Yon Ho ilə görüşəcək. Tərəflər ikitərəfli münasibətlər, Koreya yarımadası ətrafındakı vəziyyəti və digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
 
Aktual.az
Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR