Lavrov İŞİD-in kimə xidmət etdiyini açıqladı

Lavrov İŞİD-in kimə xidmət etdiyini açıqladı

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, RF xarici işlər naziri Sergey Lavrov İŞİD terror təşkilatının kimlər tərəfindən yaradıldığını və kimə xidmət göstərdiyini açıqlayıb.

"İŞİD yalnız xristianlara qarşı repressiyalar törətmir. İŞİD həm şiələrə, həm xristianlara, həm də yezidlərə eyni qəddarlıqla yanaşır. Biz əlbəttə, İŞİD-in arxasında kimin dayandığını başa düşürük. İŞİD-i yaradanlar heç də dindarlar deyil. Onlar Lissabondan Pakistana qədər xilafət qurmaq, dövlət yaratmaq niyyətindədirlər. Bunu dəfələrlə bəyan ediblər. İŞİD-ə Səddam Hüseyn ordusunun keçmiş generalları rəhbərlik edir. Bu generallar 2003-cü ildə İraq işğal edilərkən Amerikanın tərəfini tutublar".

Xəbər 1114 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR