"Laçın" postu atəşə tutuldu: hərbçimiz yaralandı


Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb.
Aktual.az xəbər verir ki, bu barədə "Caliber” məlumat yayıb.
Atəş erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.
Nətcədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir.
Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atəşdən sonra erməni hərbçiləri postlarını tərk ediblər.
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR