Kür və Araz çaylarında TƏHLÜKƏ

Kür və Araz çaylarında TƏHLÜKƏ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayının ikinci ongünlüyü üçün növbəti monitorinq keçirib.

Aktual.az  xəbər verir ki, nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Kür çayında su sərfi dekabr ayının birinci ongünlüyünə nisbətən saniyədə 2 kubmetr azalıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3,7, Ağstafaçay su anbarında isə 3,2 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 2,9, Birinci Şahsevəndə 2,4, Bəhramtəpədə isə 3 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi qeydə alınıb.
 
Aktual.az 
Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR