“Konstitusiya üçüncü dəfə prezident seçilməyimə icazə vermir” – Putin

“Konstitusiya üçüncü dəfə prezident seçilməyimə icazə vermir” – Putin

Rusiya prezidenti Vladimir Putin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməyi planlaşdırmadığını söyləyib.

Bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Görüşün iştirakçılarından biri Putinə onun siyasi gələcəyi ilə bağlı sual verib. Putin isə cavabında Rusiya Federasiyası Konstitusiyasına hər zaman ciddi riayət etdiyini bildirib: "Konstitusiyada aydın yazılıb: ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməz olmaz. İndi mənim ikinci prezidentlik müddətimdir. Yadınızdadırsa, mən buna qədər iki dəfə ardıcıl prezident olmuşam, sonra isə prezident vəzifəsini tərk etmişəm. Ona görə ki, Konstitusiya üçüncü dəfə seçilməyə icazə vermir. Bu qədər”. (APA)
 
Aktual.az
Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR