KİV: Ukrayna IMF-dən əlavə yardım istəyəcək

KİV: Ukrayna IMF-dən əlavə yardım istəyəcək
  • DÜNYA

Ukrayna Beynəlxalq Valyuta Fondundan (IMF) əlavə 10 mlrd. ABŞ dolları məbləğində yardım istəyəcək. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. 
Məlumatda deyilir ki, gələn ay IMF-in missiyası Kiyevə səfər edəcək və tərəflər Ukraynaya növbəti yardım proqramı barədə müzakirələr aparacaq. Bununla bağlı qərarın 2019-cu il mart ayından, yəni hazırda qüvvədə olan yardım proqramının icrası başa çatdıqdan sonra qəbul ediləcəyi gözlənilir. 
Xatırladaq ki, indiki proqram çərçivəsində Ukrayna IMF-dən 8,7 mlrd. dollar yardım alıb. 
 
Aktual.az
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR