Kirayə bazarında canlanma müşahidə olunur - VİDEO

Kirayə bazarında canlanma müşahidə olunur   - VİDEO

Abituriyentlərin universitet və ixtisas seçimi ilə bağlı nəticələrin açıqlanması kirayə mənzil bazarında canlanma yaradıb. Tələbə adı qazanan gənclər indidən Bakıda kirayə ev axtaşına çıxıblar. İndi əsas sual uyğun qiymətə münasib mənzil tamaqdır.

Aktual.az  xezerxeber.com-a istinadən bildirir ki, kirayə bazarında canlanma müşahidə olunur. Ev axtaranlar isə əsasən yeni tələbə adını qazananlar və onların valideynləridir. Tələbələrin Bakıya axını evlərin qiymətinə də təsir edib.Hazırda evlərin kirayəsində 20-30%dək artım var.

Qiymətlər isə müxtəlifdir. Ən çox tələbat ali məktəblərin yerləşdiyi rayonlara və metrostansiyası yaxınlığında olan mənzillərədir. Bu qiymətlərə də öz təsirini göstərir. Xüsusilə elemlər akademiyası metrosu ətraflarında isə 1 otaqlı evlər 300 manatdan, 2 otaqlılar isə 350-380 manatdan başlayır. (qrafika) nərimanov metrosu yaxınlığında da qiymətlər 300-340 manat civarında dəyişir.

Əhmədli, Neftçilər metrosu istiqamətlərində 1 otaqlı evi 250 manat, 2 otaqlını 300 manata tapmaq mümkündür. Tələbələr də qiymət baha olduğuna görə ev tapmaqda çətinlik çəkirlər. Qiymətlər qalxdığına görə bir çoxları əşyası az və şəraiti zəif olan evlərə üz tutur.

Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR