Kirantsın başçısı keşiş Baqrata “od qoydu”

Kirantsın başçısı keşiş Baqrata “od qoydu”

Kirant kəndinin icma başçısı Kamo Şahinyan mövqeyini 180 dərəcə dəyişib və aparılan işlərə görə hakimiyyətə təşəkkür edib.
Aktual.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Şahinyan delimitasiya işlərinin tam müsbət məcrada getdiyini vurğulayaraq, kənddə hər şeyin qaydasında olduğunu bildirib.
Delimitasiyanın əleyhinə olan keşiş Baqrat isə 23 apreldə Şahinyanla görüşdüyünü, onun narazı olduğunu və istefa vermək istədiyini xatırladıb:
"Baxın nə deyir, hər şey tam müsbətdir, bizim xeyrimizədir. O, bu işi görən insanlara (təbii ki, həmin şəxs Nikol Paşinyandır) təşəkkür edir. Başa düşmək istəyirəm, bir neçə gündə nə dəyişdi?”
Qeyd edək ki, Baqrat başının dəstəsi ilə İrəvana yürüş edir.
Xəbər 151 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR