QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün birlikdə dövlət sifarişləri üzrə müsabiqə elan edib.

Aktual.az xəbər verir ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı ilin oktyabrın 20-də başlanılacaq. Müraciət üçün son tarix 2026-cı il 10 noyabrdır.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Müsabiqə barədə daha geniş məlumatı buradan öyrənmək olar
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR