Kerri İranla Səudiyyəni barışdırmaq istəyir

Kerri İranla Səudiyyəni barışdırmaq istəyir
  • DÜNYA

ABŞ  baş katibi Con Kerri ötən sutka ərzində bir neçə dəfə İran və Səudiyyə Ərəbistanı arasındakı yaranmış gərginliyi aradan qaldırmaq üçün hər iki ölkənin nümayəndələri ilə danışıqlar aparıb.

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Kirbi  Con Kerrinin təmasları davam etdirmək niyyətində olduğunu vurğulayıb.

"Əsas məqsəd sakitliyi bərpa etmək və vəziyyəti ikitərəfli qaydada nizamlamaqdır", deyə Kirbi bildirərək, ABŞ-ın "baş verən hadisəni araşdırmaq" və ya "öyüd-nəsihət vermək" niyyətində olmadığını  əlavə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub. 

Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR