Kənd təsərrüfatı naziri pambıqçılarla görüşdü – FOTO

Kənd təsərrüfatı naziri pambıqçılarla görüşdü – FOTO

Kənd təsərrüfatı naziri İnam Kərimovbölgələrə səfəri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçıları ilə görüşüb. 

Kənd Təsərrüfatı Nazirliyindən Aktual.az-a  verilən məlumata görə, nazir pambıq istehsalçılarına bu sahənin ölkə başçısının birbaşa diqqətində olduğunu, pambıqçılığa çoxşaxəli dövlət dəstəyinin mövcudluğunu və qarşıya qoyulan hədəflər barədə söhbət açıb. 
O, həmçinin pambıqçılıqda məhsuldarlığın artırılması üçün intensiv kənd təsərrüfatı və müasir-innovativ texnologiyaların tətbiqini də pambıqçılara tövsiyə edib.
Fermer və sahibkarlar da öz növbəsində rayonda pambıqçılığın inkişafı məqsədi ilə əlavə artezian quyularının qazılmasını, suvarma şəbəkəsinin inkişaf etdirilməsini, kooperasiyaların yaradılmasını, bu sahədə rayondakı qabaqcıl fermerlərin və xarici təcrübənin öyrənilməsini təklif ediblər.
Sonda İ.Kərimov və fermerlər pambıqçılığın inkişafı üçün geniş fikir mübadiləsi aparıblar.
Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR