Keçmiş nazir piyadanın ölümünə səbəb olan qəzadan DANIŞDI

Keçmiş nazir piyadanın ölümünə səbəb olan qəzadan DANIŞDI

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov onun iştirakı ilə Xətai rayonunda baş verən yol-nəqliyyat hadisəsindən danışıb.

O, Publika.az-a açıqlamasında bildirib ki, onun avtomobilinin yan güzgüsünə dəyib, daha sonra digər avtomobilin altında qalan piyada yolda qəza vəziyyəti yaradıb: "Piyada rəhmətə getdi, ona görə bu haqda çox danışmaq istəmirəm. Amma həmin yol 8 zolaqlıdır və üstündən piyada keçidi keçir. Amma piyada avtobusdan düşəndən sonra yolu qaçaraq keçməyə çalışdı. Polisə ifadə verən həmin ərazidəki insanlar piyadanın içkili olduğunu deyirdilər”.

T.Züflüqarov əlavə edib ki, polis əməkdaşları ondan şahid qismində ifadə alıblar.

"Hadisə olan kimi piyadanın ölümünə səbəb olan sürücü də daxil olmaqla yolda hər kəs dayandı. Polis əməkdaşları yoxlamalar apardı. Mən sürət həddini keçməmişdim, içkili də deyildim. Mənə heç bir irad ola bilməz”, - deyə o bildirib.
 
Aktual.az
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR