Keçmiş məhkumdan 4,2 kiloqrama yaxın tiryək götürüldü

Keçmiş məhkumdan 4,2 kiloqrama yaxın tiryək götürüldü

 Lənkəranda əvvəllər məhkum olunmuş şəxsdən 4,2 kiloqrama yaxın tiryək aşkar edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan tiryək aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər 225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR