Keçmiş icra başçısı yeni vəzifəyə təyin olundu

Keçmiş icra başçısı yeni vəzifəyə təyin olundu

Göyçay Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mübariz Ağayev yeni vəzifəyə təyin olunub.

Aktual.az Report-a istinadən xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini təyin edilib.

M.Ağayev nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışacaq.

Qeyd edək ki, M.Ağayev 2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

O, 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. 

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR