Karantindəki tələbələrimizdən təsirli addım - Fotolar

Karantindəki tələbələrimizdən təsirli addım - Fotolar

Koronavirus pandemiyasına görə İtaliya, Türkiyə və digər ölkələrdən təxliyyə olunan vətəndaşlar, əsasən də tələbələr karantində onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına fərqli formada təşəkkürlərini bildiriblər. 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, onlar müxtəlif kağızlara təşəkkür qeydi yazaraq "görünməyənqəhrəmanlar” həştəqi ilə heyətə öz minnətdarlıqlarını bildiriblər. 

Xidmət heyəti xüsusi tibbi geyimdə olduqları üçün onların üzünü görmək, tanımaq mümkün deyil. Buna görə də karantində qalan vətəndaşlar həmin şəxsləri görünməyən qəhrəman adlandırırlar.

 

Onlar təcrid şəraitində olduqları üçün təşəkkürnamələrini yara "plastır”ları və müxtəlif əşyaların üzərindən qopardıqları yapışqanlı etiketlərlə qapıya yapışdırıblar. 

Sözügedən gözəgörünməz qəhrəmanlar isə əsasən, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB-in əməkdaşlarıdır. 

Qeyd edək ki, xaricdən təxliyyə olunan vətəndaşlar müxtəlif otellərdə yerləşdiriliblər.

 





















Xəbər 1001 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR