Kahramanmaraşda Qarabağ parkı açılacaq

Kahramanmaraşda Qarabağ parkı  açılacaq

III Beynəlxalq Kitab və Mədəniyyət Fuarında iştirak edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupu üzvü Qənirə Paşayeva Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoçla görüşüb.
 
Mehmet Fatih Erkoç görüş zamanı Kahramanmaraşda Qarabağ Parkının salınması ilə bağlı Azərbaycan Təhsil, Mədəniyyət və Dayanışma  Dərnəyinin,  qurumun rəhbəri Tural Şahbazlının bələdiyyə başqanı kimi ona müraciətinə və millət vəkili Q.Paşayevanın ötən görüşlər zamanı bu istiqamətdə səsləndirdiyi təklifə böyük həssaslıqla yanaşdıqlarını deyərək yaxın  zamanlarda  qədim       Qarabağın adını daşıyacaq böyük  parkın şəhərin mərkəzində salınacağını söyləyib və bu istqamətdə işlərə artıq başlanıldığını deyib. Bələdiyyə başqanı parkın açılışında Azərbaycandan qardaş-bacılarımızı və sizi gözləyirik söyləyib. Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Kahramanmaraş bələdiyyə başqanıMehmet Fatih Erkoçla Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Aprel hadisələrinə toxunan bələdiyyə başqanı Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik deyib. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Kahramanmaraş bələdiyyə başqanına  təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva son zamanlar  qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. O, biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim  Kahramanmaraşın da  Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib.   Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoç Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildiirib. Kahramanmaraş bələdiyyə başçısına  müəllifi  olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan  Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Kahramanmaraşın da  yer alacağını bildirib: "Azərbaycan insanına Kahramanmaraşı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Kahramanmaraş bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoç Azərbaycana mütləq səfər edəcəyini bildirib.
 

Xəbər 896 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR