Kadırov: “Türkiyə buna görə peşman olacaq”

Kadırov: “Türkiyə buna görə peşman olacaq”
  • DÜNYA

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Türkiyəni hədələyib.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, çeçen lideri Suriya səmasında Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulması ilə əlaqədar olaraq Türkiyəni xəyanətdə günahlandırıb və Türkiyənin buna görə peşman olacağını bildirib. Ramzan Kadırov Türkiyənin etdiyi bu hərəkətə görə uzun müddət peşman olacağını vurğulayıb. Çeçen lideri həmçinin hər fürsətdə dostluqdan və əməkdaşlıqdan söz edən ölkənin namərdlik etməməli olduğunu da bildirib. O, bu hadisəyə görə bütün Çeçen xalqının Putinin və Rusiya xalqının yanında olduğunu deyib: “Mən və çeçen xalqı Rusiya prezidenti tərəfindən veriləcək bütün əmrləri nə qədər çətin olmasına baxmayaraq hər zaman yerinə yetirməyə hazırıq”.

Qeyd edək ki, noyabrın 24-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanına daxil olub. Türkiyə tərəfi isə həmin təyyarəni vurub. Bu isə iki ölkə arasında vəziyyəti daha da gərginləşdirib.

Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR