Jurnalistlər deputat Mahir Aslanovu tanımadılar - SORĞU

Jurnalistlər deputat Mahir Aslanovu tanımadılar  - SORĞU

“Sən Allah, düz deyirsən, Mahir Aslanov adlı deputat da var?”

Parlament seçkilərindən bizi iki aylıq zaman kəsimi ayırır. Seçkilər yaxınlaşdıqca deputatların fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlir.

Aktual.az seçkiöncəsi yeni rubrikaya start verir. “Deputatlar jurnalistlərin gözü ilə” adlanan rubrikada ölkənin aparıcı mətbuat orqanlarında çalışan media mənsubları deputatların fəaliyyəti ilə bağlı təəssüratlarını Aktual.az-a bölüşürlər.

Rubrikamızın ilk qonağı 96 saylı Goranboy-Naftalan seçki dairəsini parlamentdə təmsil edən deputat Mahir Aslanovdur.

Xatırladaq ki, Mahir Aslanov deputat seçilənə qədər biznes fəaliyyəti ilə məşğul olub. Hazırda da müxtəlif iri biznes strukturlarına rəhbərlik etdiyi deyilsə də, təbii ki, ölkə qanunvericiliyinə görə, bu rəsmi xarakter daşımır.

Elməddin Muradlı (“Üç Nöqtə” qəzeti):

Onu elə də yaxından tanımıram. Parlamentdə səhv eləmirəmsə, bir-iki dəfə çıxış edib. Ondan başqa parlamentdə hər hansı fəallığını görməmişəm. Amma intizamlı deputatdır, bütün iclaslara qatılır.

Famil Cəfərli (Virtualaz.org portalı):

Bu adda da deputatımız var? Doğrudan düz deyirsən? Sən Allah, düz deyirsən?

Qafqaz Ömərov (Ölkə.az portalı):

Mən belə bir deputatı ümumiyyətlə tanımıram. Adını ilk dəfədir sizdən eşidirəm. Görünür ümumiyyətlə fəaliyyəti yoxdur deyə tanımıram.

Əfsələddin Ağalarov (Azxeber.com portalı):

Mahir Aslanovu tanıyıram. Desəm ki, aktiv deputatdır, səhvə yol verərəm. Amma bildiyimə görə, seçicilərə əl tutur.

Arzu Abdulla (Müstəqil jurnalist):

Mahir Aslanovun Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olduğunu və Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçildiyini, böyük biznesə sahibləndiyini bildik. Amma onun Azərbaycan xalqı üçün hansı işləri gördüyünü bilmədik. Ola bilsin, deputat kimi fəaliyyəti sona çatanda bu barədə xalq qarşısında hesabat verəcək. Dəqiq bilmirəm, amma deyəsən, bizim qanunvericilikdə fəaliyyətini tamamlayan deputatların xalqa canlı yayımda hesabat vermək kimi bir öhdəliyi var axı. Əgər yoxdursa, çox arzulayıram, belə bir məcburiyyət də olsun. O zaman canlı yayımda xalqın veridiyi sualların qarşısında ən az üzü qızaran millət vəkili, ən yaxşı millət vəkili seçilərdi.

Fatimə İbrahimova (Milli-xeber.az portalı):

Çox passiv deputatdır. Adını belə eşitməmişəm.

Səbuhi Abbasov (7 news.az portalı):

Ümumi fəaliyyəti pis deyil, amma deputat kimi yüksək qiymətləndirmirəm. Bu sorğu seçiciləri arasında aparılmaıdır. O zaman nə dediyimi başa düşəcəksiniz.

Ağa Cəfərli (Kulis.az portalı):

İndi deyə bilmərəm, çünki indi mənim sahəm tamam başqadır, amma parlament müxbiri olduğum dövrlərdə onun fəaliyyətsizliyi diqqətimi çəkib.

Adnan, Aktual.az

Xəbər 4396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR