Jurnalist Rauf Talışinski dəfn edildi

Jurnalist Rauf Talışinski dəfn edildi

Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski dəfn olunub.

"Report"un xəbərinə görə, tanınmış jurnalist bu gün Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" qəbirstanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində R.Talışinskinin yaxınları ilə yanaşı, dostları, mətbuat və ictimaiyyət nümayəndələri də iştirak edib.
Qeyd edək ki, R.Talışinski ötən gün 62 yaşında vəfat edib. O, infarkt keçirib və dünyasını dəyişib.
R.Talışinski 16 noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.
R.Talışinski 27 Yanvar 2001-ci ildən "Exo” qəzetinin baş redaktoru idi. R.Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Xəbər 527 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR