İtkin düşən rayon sakini huşsuz vəziyyətdə tapıldı

İtkin düşən rayon sakini huşsuz vəziyyətdə tapıldı

Ötən gün Neftçala rayonunun Mirqurbanlı kəndində bədbəxt hadisə baş verib.

Aktual.az report-a istinadən bildirir ki, 78 yaşlı kənd sakini Şirməmməd Şirqasım oğlu Əhmədov səhər saatlarında heyvanları otlağa aparıb. Axşam tərəfi qoyunlar geri dönsə də o, evə qayıtmayıb.
Bundan narahat olan doğmaları səhərə kimi onu axtarıblar. Bu gün səhər saatlarında yaşlı kişi örüşdə uzanmış vəziyyətdə tapılıb. Şirməmməd Əhmədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yaşlı kişinin beyninə qan sızdığı məlum olub.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR