İstanbula uçan təyyarə bomba xəbərinə görə saxlanılıb

İstanbula uçan təyyarə bomba xəbərinə görə saxlanılıb
  • DÜNYA

Yanvarın 28-də Misirin “EgyptAir” aviasiya kompaniyasının Qahirədən İstanbula uçmalı olan 737 reysı ərəb ölkəsinin beynəlxalq hava limanında guya təyyarənin göyərtəsinə bomba qoyulması barədə məlumat səbəbindən saxlanılıb.

Aktual.az Azərtac-a istinadla xəbər verir ki, hava limanında olan mənbənin məlumatına əsasən, onlara xarici ölkə səfirliklərinin birindən zəng edərək elektron ünvanlarına İstanbula uçan təyyarənin partladılacağı barədə hədələrin göndərildiyini bildirib. Hava limanının təhlükəsizlik xidməti uçuşa cəmi bir neçə dəqiqə qalmış layneri saxlayıb.

Hazırda təyyarə ehtiyat zolağa aparılıb və təhlükəsizlik xidmətinin mütəxəssisləri tərəfindən yoxlanılır. Aeroportda yoxlamanın iki saata yaxın davam edə biləcəyini deyiblər. Bu zaman ərzində bütün sərnişinlər, baqaj və təyyarənin özü yenidən yoxlanılacaq.

Aktual.az

Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR