İspaniyada koronavirusdan ölənlərin sayı 25 428-ə yüksəldi

İspaniyada koronavirusdan ölənlərin sayı 25 428-ə yüksəldi

İspaniyada ötən sutka ərzində daha 164 nəfər koronavirusdan ölüb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 428-ə çatıb.
Ölkədə koronavirusa yoluxanların sayı isə 217 466-dan 218 011 nəfərə yüksəlib.
Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 580 000-i ötüb. Bunların 1 159 219nəfəri sağalıb, 248452 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR