İspaniyada koronavirusdan ölənlərin sayı 24 mini ötdü

İspaniyada koronavirusdan ölənlərin sayı 24 mini ötdü

İspaniyada ötən sutka ərzində daha 325 nəfər koronavirusdan ölüb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da krallıqda pandemiya qurbanlarının sayı 24 275-ə çatıb.
Ölkədə virusa yoluxanların sayı da 2 144 nəfər artaraq 212 917-yə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 148 000-i ötüb. Bunların 962 417 nəfəri sağalıb, 218 371 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR