İŞİD Səudiyyə Ərəbistanını hədələdi: “Yerlə yeksan edəcəyik!”

İŞİD Səudiyyə Ərəbistanını hədələdi:   “Yerlə yeksan edəcəyik!”
  • DÜNYA

İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, buna səbəb yanvarın 2-də Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərin 43-ün "Əl-Qaidə" ilə əlaqədə ittiham olunmasıdır. İŞİD Səudiyyə Ərəbistanında həbsdə olan “Əl-Qaidə” üzvlərinin azad olunması üçün onların saxlandığı Əl-Hair və Tarfiya həbsxanalarına hücum etməklə hədə-qorxu gəlib. “Həmişə məhkumların azad olunmasına çalışırıq, lakin bu problemin həlli tiran idarəçiliyi aradan qaldırılmadan, həbsxanalar yerlə yeksan olunmadan mümkün görünmür” - deyə İŞİD-in yaydığı məlumatda qeyd edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında edam edilənlərin arasında şiə lider Nimr ən-Nimr də olub. Bu hadisə İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaradıb, iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR