İŞİD Rusiyaya casusluq edən qadını edam etdi

İŞİD Rusiyaya casusluq edən qadını edam etdi

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması Rusiya xüsusi xidmətinə casusluq edən rusiyalı yaraqlı Elvira Karaevanı edam edib.

Aktual.az modern.az-a istinadən bildirir ki, terrorçular deyiblər ki, qadın qruplaşmaya daxil olandan sonra 4 il müddətində Rusiya xüsusi xidmət orqanlarına casusluq edib.

Cihadçılar iddia edirlər ki, Karaeva yaraqlılar, onların gizləndikləri yerlər və hərbi bazalar haqda informasiya ötürüb.

İŞİD-in yaydığı məlumata görə, o, öz təhlükəsizliyini təmin etmək üçün Abu Muslim adlı cihadçıya ərə gedib, sonradan onu zəhərləyib.

"Onun Federal Təhqiqat Xidməti ilə sıx əlaqələri və mənfur hərəkətlərinin ucbatından bacı və qardaşlarımızın çoxu məzlum olublar", - məlumatda vurğulanır.

Terrorçuların digər məlumatına görə, onun audio yazılarını da aşkar ediblər. İŞİD-çilər iddia edirlər ki, məhz Elviranın terror qruplaşmasının üzvləri Adam Şahbiev, Abu Muslim, Artur Amriev, Beslan Qoçiyaev, Temurlan Tatarkulov, Valentina Dluqoborski və Marina Urusonun öldürülməsi ilə bağlılığı var.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR