İŞİD qadın jurnalisti edam etdi

İŞİD qadın jurnalisti edam etdi
  • DÜNYA

İŞİD terror qruplaşmasının üzvləri vətəndaş jurnalistikası ilə məşğul olan Ruqiyə Həsəni edam ediblər.


Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Suriyanın “Syria: direct” jurnalist təşkilatı xəbər yayıb.

Bildirilir ki, R. Həsən oktyabrdan bu yana terrorçuların qətlə yetirdiyi sayca beşinci reportyordur.

R. Həsən “Raqqa is Being Slaughtered Silently” qrupu ilə əməkdaşlıq edərək bəzən Nisan İbrahim ləqəbi ilə yazıb. O, sosial şəbəkələrdəki hesabı vasitəsi ilə İŞİD tərəfindən zəbt olunmuş ərazilərdə, o cümlədən Rakka şəhərindəki vəziyyətlə bağlı məlumat verib.

İŞİD-in fəaliyyətinin nəticələri barədə sərt tənqidi məqalələr yazan R. Həsən ötən ilin iyulundan dekabr ayınadək itkin düşmüş hesab olunurdu. “Syria: direct”in məlumatına görə, İŞİD üzvləri ailəsinə jurnalisti casusluq səbəbindən edam etdikləri barədə məlumat veriblər

Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR