İŞİD liderinin meyitinin qalıqları dənizə atılacaq

İŞİD liderinin meyitinin qalıqları dənizə atılacaq
  • DÜNYA

İŞİD-in ötən gün zərərsizləşdirilmiş lideri Əbu Bəkr əl-Bağdadinin meyitinin qalıqları dənizə atıla bilər.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN teleşirkəti mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen də buna oxşar fikir səsləndirib. ABŞ rəsmisi bildirib ki, əl-Bağdadinin meyitinin qalıqları "Əl Qaidə” terror qruplaşmasının rəhbəri Üsamə bin Ladenin meyitinin qalıqları kimi dənizə atılacaq.
Xatırladaq ki, ABŞ hakimiyyəti Üsamə bin Ladeni 2001-ci ilin 11 sentyabrında Nyu Yorkdakı hücumda əsas təşkilatçı hesab edirdi. O, 2011-ci ilin 2 mayında ABŞ-ın Hərbi Qüvvələrinin Pakistanın Abbotabad şəhərində keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Onun meyiti Ərəbistan dənizinə atılıb.


Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR