İş axtaranlar ehtiyatlı olsunlar - VİDEO

İş axtaranlar ehtiyatlı olsunlar   - VİDEO

İş saytlarına CV yerləşdirib cavab gözləyənlər ehtiyatlı olsunlar. Çünki iş axtaranlara qarşı fırıldaqçılıq edənlər var. Belə ki, nəinki onları işlə təmin edirlər, əksinə rüsum adı ilə pullarını da mənimsəyirlər.

Aktual.az  xezerxeber.com-a istinadən bildirir ki, özünü müdir kimi təqdim edən şəxs iş üçün müraciət edənin işə qəbul olunduğunu deyib, amma heç bir əmək müqaviləsi və ya digər sənədləşmə aparılmayıb. Əksinə işə götürüləndən rüsum tələb olunub. Özünü işəgötürən qismində təqdim edən şəxs aldadılan xanımın bacısından da eyni qaydada 50 manat mənimsəyib və sonra qeybə çəkilib.

Hüquqşünaslar isə qeyd edir ki, işəgötürülən şəxsdən heç bir rüsum tələb edilə bilməz. Bu cür tələblərin qoyulması elə onların dələduzluq etdiyini göstərən ilk əlamətdir.

Həmin dələduzların törətdiyi əməlin məsuliyyətinə gəldikdə isə məbləğ kiçik olduğuna görə bu inzibati xətalar məcəlləsi ilə tənzimlənir. Bütün hallarda əmək müqaviləsi bağlanmadan, hətta müqavilə elektron bazaya yerləşdirilmədən işə ümid eləmək və ya işəgötürənin hər hansı tələbini yerinə yetirmək məsləhət görülmür. əks halda aldadıla bilərsiniz.

Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR