İraqda İŞİD başçısının “sağ əli” məhv edilib

İraqda İŞİD başçısının “sağ əli” məhv edilib

İraqda İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin "sağ əli” hesab edilən terrorçu İyad əl-Cümeyli məhv edilib.
 
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, İraq Hərbi-Hava Qüvvələri terrorçuların Suriya ilə həmsərhəd Anbar əyalətinin Əl-Kaim rayonunda yerləşən komanda məntəqəsinə zərbələr endiriblər. Əməliyyat nəticəsində qruplaşmada ikinci şəxs hesab olunan "Əbu Yəhya” ləqəbli terrorçu İyad əl-Cümeyli məhv edilib. İŞİD iyerarxiyasında İyad əl-Cümeyli "müdafiə naziri” vəzifəsini icra edib.  
 
Məhv edilən silahlılar arasında Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafında olan "Əbu Hacar” ləqəbli Türki Camal əd-Düleymi və "Əbu Həttab” ləqəbli Salam Müzəffər əl-Əcminin olduğu bildirilir. 
 
Aktual.az
Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR