İranın birinci vitse-prezidenti xalqdan üzr istəyib

İranın birinci vitse-prezidenti xalqdan üzr istəyib
  • DÜNYA

İranın birinci vitse-prezidenti İshaq Cahangiri ölkədəki problemlərə görə əhalidən üzr istəyib.

Aktual.az report-a istinadən xəbər verir ki, məlumatı İSNA agentliyi yayıb. 
"İrana psixoloji təzyiqlər edilir. Bəziləri bundan istifadə etməyə cəhd göstərir. Mən İrandakı problemlərə və bir sıra çatışmazlıqlara görə xalqdan üzr istəyirəm", - İ.Cahangiri Tehranda yeni istifadəyə verilən məktəbin açılışında bildirib. 

O, əhalinin rifah halının pisləşdiyini etiraf edib: "Bu problemlərin çoxu ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Bəzi çətinliklər isə hökumətin düzgün olmayan proqramından doğub. Əgər doğru-düzgün proqram hazırlanarsa, onda bütün problemləri həll edə biləcəyik".
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR