İrandan 2180 ədəd psixotrop dərman gətirdi

İrandan 2180 ədəd psixotrop dərman gətirdi

Dövlət Sərhəd Xidmətinin (DSX) və Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop tərkibli dərman preparatlarının dəniz sərhədləri istiqamətində, İrandan Azərbaycana daşınmasının qarşısı alınıb.

Bu barədə Aktual.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan vətəndaşı Quliyev Rəsul Sabir oğlu hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran vətəndaşıyla cinayət əlaqəsinə girərək satış məqsədi ilə İrandan Azərbaycana keçirilərək Astara rayonu ərazisində 2 ədəd kisədə gizlədilmiş 2180 ədəd psixotrop tərkibli "Mydrax” dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən DSX-nın Sahil Mühafizəsi və DGK Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aktual.az
Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR