Amerika və İsrailin İrana hücumunun başlamasından bu günə kimi ölkənin müxtəlif bölgələrində ümumilikdə 6500 nəfər həbs edilib.
Aktual.az xəbər verir ki, bunu İran polis qüvvələrinin baş komandanı Əhmədrza Radan deyib.
O, saxlanılanlardan bir çoxunun casusluqda günahlandırıldığını bildirib.
Radan həmçinin 567 nəfərə qarşı "fitnə, cinayətkarlar və əks-inqilabçı qruplar”la əməkdaşlıq etdiklərinə görə cinayət işinin açıldığını söyləyib.
Xəbər 51 dəfə oxunub.