İranda Mərkəzi Kəşfiyyat İdarəsinin casusu edam ediləcək

İranda Mərkəzi Kəşfiyyat İdarəsinin casusu edam ediləcək
  • DÜNYA

İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) casusluq etməkdə ittiham olunan bir nəfər edam cəzasına məhkum edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Ali Məhkəməsinin nümayəndəsi Qulam Hüseyn İsmaili məlumat verib.
Onun sözlərinə görə, ABŞ casusu haqda çıxardılmış edam qərarı ilə bağlı iş Ali Məhkəməyə göndərilib və iş təsdiq olunduqdan sonra edam icra olunacaq.
Q. İsmaili ötən il həbs edilmiş, ABŞ və Böyük Britaniyaya casusluq etməkdə ittiham olunan şəxslərin də azadlıqdan məhrum edildiyini vurğulayıb. O qeyd edib ki, 3 nəfərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR