İranda azərbaycanlı xəstəni bu günə qoydular – ŞOK

İranda azərbaycanlı xəstəni bu günə qoydular  – ŞOK

Azərbaycandan İrana müalicə məqsədilə gedən Naxçıvan Muxtar Respublikası, Şərur rayon sakini Firudin Cavadov qonşu ölkədə heyrətamiz olayla qarşılaşıb.

Belə ki, sol böyrəyində 2,5 sm-lik irihəcmli daş olan xəstə əməliyyat olunmaq üçün İrana üz tutub.

“Bizdə belə rəy yaratmışdılar ki, guya İranda qiymətlər çox ucuzdur. Özü də burada daha peşəkar mütəxəssislər çalışır. Məndə bunu əsas tutub, İrana getdim. Orada məni İranın tanınmış uroloqu kimi təqdim olunan Həkimzadə adlı həkim qəbul etdi. Əvvəlcə, məni müayinə etdilər. Naxçıvanda olduğu kimi, burada da böyrəyimdə irihəcmli daş olduğunu bildirdilər. Daha sonra həkim böyrəyimdəki daşın döymə (Zərbə dalğa litotripsiyası) yolu ilə xaric olunacağını dedi. Dedilər ki, guya daşı un halına salıb, yox edəcəklər. Beləcə məni əməliyyata aldılar. Naxçıvana qayıdandan 10 gün sonra yenidən kəskin ağrılar başladı. Məcbur olub, yenidən İrana qayıtdım. Həkimzadə məni yenidən rentgen müayinəsindən keçirdi. Daşların parçalanıb, sidik kanalında ilişib-qaldığını bildirdi. Ardınca məndən kanal yolu ilə daxil olub, lazerlə daşı parçalamaq üçün daha iki min dollar pul istədi. Həkimə “Artıq sizə inanmıram”, deyib, kor-peşman geri qayıtdım. İnternetdə oxudum ki, Bakıda Fransada təhsil alan uroloq Araz Bayramov heç bir kəsik olmadan böyrək daşlarını təmizləyir. Tərəddüd etmədən bu dəfə Bakıya üz tutdum. MTN-nin Hospitalında Araz Bayramov məni qəbul edərək, ultrasəs müayinəsindən keçirdi və böyrək-sidik kanalında daşların olduğunu təsdiqlədi. Müayinə kağızlarına diqqət edəndən sonra, ürəyimdə şuntlama əməliyyatı keçirməyimə baxmayaraq, məni birmərhələli şəkildə müalicə etdi. Həm kanalda, həm də böyrəkdə olan daşları endoskopik yolla çox rahat, heç bir kəsik olmadan xaric etdi. Beləcə, mən uzun illərdir məni narahat edən problemdən birdəfəlik xilas oldum”.

Sonda oxuculara çağırış etməyi unutmayan F.Cavadov bildirdi ki, bu gün Bakıda Araz Bayramov kimi istedadlı həkimlər varkən, İrana üz tutmağa ehtiyac yoxdur:

“Əslinə qalsa, mən də düşünürdüm ki, İranda səhiyyə sistemi daha çox inkişaf edib. Lakin öz təcrübəmdə gördüm ki, bu heç də belə deyilmiş. Mən buradan üzümü İranda nicat uman xəstələrə tutub demək istəyirəm ki, orada azərbaycanlı xəstələrə münasibət yüksək deyil. Həm pulumuzu alırlar, həm qeyri-insani rəftar var, həm də şəfa əvəzinə, bizə əlavə problemlər yaradırlar”.

Adnan/Aktual.az

Xəbər 24135 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR