İran və Oman Hörmüz barədə razılaşdı

İran və Oman Hörmüz barədə razılaşdı
  • DÜNYA

Oman və İran Hörmüz boğazında təhlükəsiz tranzit marşrutları barədə razılığa gəlib və tezliklə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcək.

Aktual.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

"İran və Oman arasında məsləhətləşmə prosesi uğurla davam edir. Hər iki tərəf Hörmüz boğazında təhlükəsiz ikitərəfli marşrutların coğrafi koordinatları, eləcə də bu məsələnin müvafiq beynəlxalq quruma təqdim olunması qaydası barədə razılığa gəlib. Plan qısa müddətdə təqdim olunacaq”, - o bildirib.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR