"Su artezianları ciddi məsələdir. Bu, vətəndaş qəbullarında da daim qaldırılan məsələdir və bunun kökündə iqtisadi səbəb dayanır. Elektrik enerjisi sərfi çox olduğuna görə artezian quyusuna heç kəs sahib çıxmaq istəmir".
Aktual.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında "Aqrar sahə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, daha sonra təkliflə çıxış edib:
"Kənd Təsərrüfatı Nazirliyi olaraq həll yolu kimi bir təklifimiz var və buna Subsidiya Şurasında artıq qərar verilib. Belə ki, 1 yanvar 2027-ci ildən Günəş panellərinin quraşdırılmasına 50 faiz dövlət güzəşti veriləcək. Kənd təsərrüfatı təyinatlı obyektlərdə və əsas da su təyinatlı artezianlarda.
Bizim təklifimiz ondan ibarətdir ki, Günəş panellərini həmin artezianlarda qursalar (ki, 50 faizinə Kənd Təsərrüfatı Nazirliyi dəstəyini verəcək), elektrik enerjisi xərcləri olduqca aşağı düşəcək, ondan sonra vəziyyət əksinə olacaq, insanlar artezian quyusuna sahiblənməyə çalışacaqlar. 1 yanvar 2027-ci ildən hər kəsi bu imkandan istifadə etməyə çağırıram".
Xəbər 5 dəfə oxunub.